Azərbaycan Basketbol Federasiyası yeni ünvanda - VİDEO

Xəbərlər
23 Sentyabr 2024 14:58
52
Azərbaycan Basketbol Federasiyası yeni ünvanda - VİDEO

Azərbaycan Basketbol Federasiyası (ABF) yeni ünvana köçüb.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan ABF-in idman direktoru Turqay Zeytingöz deyib.

Onun sözlərinə görə, qurum Bakı İdman Sarayında fəaliyyət göstərəcək və artıq bir neçə klub da ev oyunlarını burada keçirəcək: “Bakıda matçları oynadığımız zalımız dəyişdi. Həm federasiyanın ofisləri buraya köçdü, həm də oyunların keçiriləcəyi əsas zalımız oldu. Bakı İdman Sarayı çox gözəl arenadır və yerləşdiyi yer baxımından da azarkeşlərin diqqətini çəkəcəyini düşünürəm. Ümid edirəm ki, bu məqam basketbola diqqəti bir qədər də artıracaq”.

Qeyd edək ki, “Sabah”, “Neftçi” ilə yanaşı, yeni yaradılan “Ordu” klubunun da ev oyunlarını Bakı İdman Sarayında keçirəcəyi gözlənilir.

Emin Ağa
İdman.biz