“Abşeron”da 16 yaşlı basketbolçu

Xəbərlər
24 Sentyabr 2024 10:18
54
“Abşeron”da 16 yaşlı basketbolçu

"Abşeron" yeni mövsümün startından öncə daha bir gənc basketbolçunu heyətinə qatıb.

İdman.biz xəbər verir ki, U-16 millisinin üzvü Azər İbrahimov bu mövsüm komandanın şərəfini qoruyacaq.

Oyunqurucusu ilk dəfə yüksək liqa təmsilçisinin heyətində debüt edəcək.

Qeyd edək ki, buna qədər "Abşeron" heyətini amerikalı Sedrik Conson, Jaja Davis, Lari Robinson, Jalen Souv, yerli basketbolçulardan isə Hüseyn Məmmədov və İsmayıl Abdullayevlə gücləndirib. Ötən mövsüm komandanın (köhnə adı ilə "Xırdalan") şərəfini qorumuş Nəcəf Babayev və Elçin Salmanzadə ilə isə müqavilənin müddəti daha bir il artırılıb.

İdman.biz