Kirtadze Azərbaycan klubunda

Xəbərlər
24 Sentyabr 2024 13:17
46
Kirtadze Azərbaycan klubunda

“Naxçıvan” daha bir basketbolçu ilə müqavilə bağlayıb.

İdman.biz xəbər verir ki, klub Azərbaycanın U-16 və U-18 millilərində çıxış edən Papuna Kirtadze ilə razılıq əldə edib.

23 yaşlı 184 sm boya malik basketbolçu son olaraq Gürcüstan A liqasında mübarizə aparan Kutaisi Akaki Tsereteli Dövlət Universiteti komandasında çıxış edib.

Qeyd edək ki, Naxçıvan klubu bundan öncə Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani, Devon Cenkins və Ahmet Karaçelik ilə yeni müqavilə imzalayıb.

İdman.biz