Millimizin baş məşqçisi “Ordu”da

Xəbərlər
24 Sentyabr 2024 14:31
266
Millimizin baş məşqçisi “Ordu”da

Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında iştirak edəcək “Ordu”nun baş məşqçisinin adına aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, komandanı ispaniyalı mütəxəssis Alberto Blanko çalışdıracaq.

İspaniyalı məşqçi ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Blanko Azərbaycanın əsas yığmasında üçüncü məşqçi, U-20 yığmasında isə baş məşqçi kimi çalışır.

İdman.biz