Alberto Blanko: “Hədəflərimiz böyükdür”

Xəbərlər
24 Sentyabr 2024 15:03
42
Alberto Blanko: “Hədəflərimiz böyükdür”

“Biz yeni komandayıq”.

İdman.biz xəbər verir ki, bunu “Ordu” basketbol klubunun baş məşqçisi Alberto Blanko qurumun mətbuat xidmətinə açıqlamasında deyib.

O, klubun hədəfləri və hazırlığı barədə danışıb. İspaniyalı mütəxəssis bildirib ki, çempionatda debüt edəcəklərindən oyunçularının adaptasiya olması çox vacibdir: “Düzdür, yerli basketbolçularımız digər klublardan gəlib, onlar üçün ciddi problem olmayacaq. Addım-addım getməliyik. Çünki yeni yaranan klub üçün dərhal nəticə göstərmək bir qədər çətindir”.

Blankonun sözlərinə görə, klub olaraq böyük hədəfləri var: “Ancaq bunun üçün ilk növbədə oyunçularımız çempionatın startına qədər lazımı formaya çatmalıdırlar. Bundan sonra artıq hansısa uğurlardan danışmaq olar. Əlbəttə, hamımız əlimizdən gələni edəcəyik ki, klubumuz lazımı nəticəni qazansın. Oyunçularımız məqsədə çatmaq üçün meydanda sona qədər mübarizə aparacaqlar”.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında yeni mövsüm oktyabrın 18-də start götürəcək.

İdman.biz