Debütantda ispaniyalı basketbolçu

Xəbərlər
25 Sentyabr 2024 11:29
55
Debütantda ispaniyalı basketbolçu

Azərbaycan Basketbol Liqasında debüt edəcək “Ordu” heyətini formalaşdırmaq üçün işlərə start verib.

İdman.biz xəbər verir ki, komanda ilk transferini rəsmiləşdirib.

“Ordu” ispaniyalı basketbolçu Roke ilə anlaşıb. 182 sm boya malik oyunçunun sonuncu klubu ölkəsində “Villaqarsiya” olub.

“Ordu” Roke ilə 1 illik müqavilə imzalayıb.

İdman.biz

Məqalədə: