“Abşeron”da 6-cı amerikalı

Xəbərlər
25 Sentyabr 2024 13:31
52
“Abşeron”da 6-cı amerikalı

“Abşeron” növbəti legioner basketbolçunu heyətinə qatıb.

İdman.biz xəbər verir ki, 196 sm boya malik amerikalı Aubri Makalpaynla mövsümün sonuna qədər müqavilə imzalanıb.

O, ötən mövsümü də ölkəmizdə keçirib. Legioner "Naxçıvan"ın (ötən mövsüm "Xəzri") heyətində çıxış edib.

Qeyd edək ki, "Abşeron" buna qədər heyətini amerikalı basketbolçular Sedrik Conson, Jaja Davis, Lari Robinson, Calen Şou, Villiam Cenkins, yerli basketbolçulardan isə Hüseyn Məmmədov, Azər İbrahimov və İsmayıl Abdullayevlə gücləndirib. Ötən mövsüm komandanın heyətində olan Nəcəf Babayev və Elçin Salmanzadə ilə isə müqavilənin müddəti daha bir il artırılıb.

İdman.biz

Məqalədə: