Millinin basketbolçusu “Gəncə”də

Xəbərlər
25 Sentyabr 2024 14:22
52
Millinin basketbolçusu “Gəncə”də

“Gəncə” növbəti transferini həyata keçirib.

İdman.biz xəbər verir ki, "sarı-göylər" Azərbaycan millisinin basketbolçusu Cəbrayıl Əkbərov ilə güclənib.

"Cibo" ləqəbli hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 195 sm boya malik Əkbərov "Gəncə"də 11 nömrəli formanı geyinəcək.

O, “Gəncə” üçün yad sima deyil. Forvard 2022/2023 mövsümündə də bölgə təmsilçisində çıxış edib. Əkbərov komanda ilə birlikdə Azərbaycan kubokunun qalibi və liqanın gümüş mükafatçısı olub.

Cəbrayıl ötən mövsümü "Sərhədçi"də çıxış edib. O, Çempionlar Liqasının təsnifat mərhələsində "Sabah"ın da formasını geyinib.

Qeyd edək ki, "sarı-göylər" daha əvvəl yerli basketbolçulardan Elşad Şirzadov, Maqsud Rüstəmov, Nicat Hüseynov, əcnəbilərdən isə Lavon Holland, Kaan Yıldırımkanlı, Cordan Forbs, Barrel Romelo və Marqus Gilson ilə müqavilə bağlayıb.

İdman.biz