Millimiz rəqibini Polşada qəbul edəcək - SƏBƏB

Xəbərlər
25 Sentyabr 2024 16:14
204
Millimiz rəqibini Polşada qəbul edəcək - SƏBƏB

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in qrup matçlarının təqvimində dəyişiklik olub.

İdman.biz xəbər verir ki, noyabrın 7-də Bakıda Polşanı qəbul etməli olan komandamız bu oyunu səfərdə Sosnoviç şəhərində yerləşən “Arena Sosnoviç”də keçirəcək.

Noyabrın 10-da Bakıda Litva millisi ilə olacaq görüş də eyni arenada oynanılacaq.

Polşalılar isə 2025-ci il fevralın 9-da paytaxtımıza səfər edəcəklər.

Dəyişikliklər noyabrda ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) ev sahibliyi etməsi ilə bağlıdır.

İdman.biz

Məqalədə: