“Naxçıvan” “Ordu”nu məğlub edib

Xəbərlər
25 Sentyabr 2024 17:31
39
“Naxçıvan” “Ordu”nu məğlub edib

Azərbaycan Basketbol Liqasında yeni mövsümə hazırlaşan “Naxçıvan” və “Ordu” klubları arasında yoldaşlıq görüşü keçirilib.

İdman.biz xəbər verir ki, görüş Memarlıq və İnşaat Universitetinin idman zalında baş tutub.

Qarşılaşma “Naxçıvan”ın 66:57 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ABL-də yeni mövsüm oktyabrın 18-də başlayacaq.

İdman.biz