Avropa kuboku: “Sabah”ın ikinci rəqibi müəyyənləşib

Xəbərlər
27 Sentyabr 2024 12:13
263
Avropa kuboku: “Sabah”ın ikinci rəqibi müəyyənləşib

“Sabah”ın FİBA Avropa kubokunda daha bir rəqibinin adına aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, bu, Yunanıstanın “Marussi” klubudur.

Onlar təsnifat mərhələsində Kosovo “Peja”sını hər 2 oyunda məğlub edərək (106:81, 98:75) buna nail olublar.

Təmsilçimiz bu komanda ilə oktyabrın 16-da evdə, noyabrın 6-da səfərdə qarşılaşacaq.

Qeyd edək ki, FİBA Avropa kubokunun G qrupunda qərarlaşan “Sabah”ın digər rəqibi İsveçin "Norçepinq Dolfins" komandasıdır.

İdman.biz

Məqalədə: