“Abşeron”da daha bir təyinat

Xəbərlər
30 Sentyabr 2024 11:37
77
“Abşeron”da daha bir təyinat

“Abşeron”nun baş məşqçisi Erhan Tokerin daha bir köməkçisinin adına aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, Emin Cəfərov bundan sonra komandanın uğurları üçün çalışacaq.

Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. Mütəxəssis ilk dəfə yüksək liqa komandasının məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, buna qədər oyunçu kimi milli komanda, klub karyerasında isə "Qala", "Neftçi" və "Şəki" kimi klubların şərəfini qorumuş Emin Cəfərov məşqçi kimi aşağı yaş qrupları üzrə komandalarda çalışıb.

İdman.biz