“Sumqayıt”ın baş məşqçisi: “Basketbolçuların fərdi keyfiyyətindən razıyıq”

Xəbərlər
30 Sentyabr 2024 13:33
307
“Sumqayıt”ın baş məşqçisi: “Basketbolçuların fərdi keyfiyyətindən razıyıq”

“Komandanın səviyyəsi haqqında hazırda heç nə deyə bilmərəm. Çünki hələ tam heyətlə məşq etmirik”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt” basketbol klubunun baş məşqçisi Aleksandr Mixaylov deyib.

Rusiyalı mütəxəssis komandasının mətbuat xidmətinə yeni mövsümdəki hədəflərini açıqlayıb: “Hələ 3 amerikalı oyunçu da sıralarımıza qoşulmalıdır. İndiki məqamda sadə kombinasiyaları və atışları sınaqdan keçiririk. Çempionat start götürənə qədər keçirəcəyimiz hazırlıq oyunlarında nəyə qadir olacağımızı görəcəyik. Hələ ki, əlimizin altında olan basketbolçuların fərdi keyfiyyətindən razıyıq. Hədəflərimizə gəlincə, ilk növbədə döyüşkən kollektiv formalaşdırmaq istəyirik. Ondan sonra pley-offa vəsiqə qazanmaq uğrunda mübarizə aparacağıq”.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqası oktyabrın 18-də start götürəcək.

İdman.biz