NBA Şərəf Zalının üzvü dünyasını dəyişib

Xəbərlər
30 Sentyabr 2024 20:19
333
NBA Şərəf Zalının üzvü dünyasını dəyişib

NBA-nın tanınmış basketbolçusu Dikembe Mutombo vəfat edib.

İdman.biz xəbər verir ki, Şərəf Zalının üzvü olan idmançı 58 yaşında dünyasını dəyişib.

Mutombo uzun müddət beyin xərçəgindən əziyyət çəkib. O, NBA-da 18 mövsüm keçirib. Dikembe turnirin ən yaxşı müdafiəçilərindən biri sayılıb və blok-şotlar üzrə usta hesab olunub.

Qeyd edək ki, Mutombo karyerası ərzində "Denver Naggets", "Atlanta Houks", "Filadelfiya Siksers", "Nyu-Cersi Nets", "Nyu-York Niks" və "Hyuston Rokets"in formasını geyinib.

İdman.biz