NTD-nin legionerinin komandada qalma SƏBƏBİ

Xəbərlər
2 Oktyabr 2024 16:23
211
NTD-nin legionerinin komandada qalma SƏBƏBİ

“Ötən mövsümdən yarımçıq qalan işlərimiz qaldığına görə qayıtdım. Burada daha çox şey əldə etmək imkanını da görürəm”.

İdman.biz xəbər verir ki, bunu NTD-nin basketbolçusu Qalen Smit deyib.

Amerikalı oyunçu mövsümə hazırlıqlarını, komandada qalmasını və hədəflərini açıqlayıb: “NTD klubunda yaxşı məşqçi heyəti və yaxşı insanlar çalışır. Ona görə də komandada qalmaq qərarını çox asanlıqla verdim. Hər oyunda ən yaxşısını etmək və azarkeşlərimiz üçün yaxşı bir şou göstərəcəyimizi gözləyirəm. Gənc komandayıq və bütün mövsümboyu yüksək əhval-ruhiyyə ilə oynayacağıq. Qarşıdakı oyunlara hazırlıq yaxşı gedir. Əminəm ki, məşqçi heyətimiz bizi yeni mövsümə ən yüksək səviyyədə hazırlayacaq”.

Qeyd edək ki, NTD Azərbaycan Basketbol Liqasının ilk turunda “Abşeron”la qarşılaşacaq. Matç oktyabrın 19-da keçiriləcək.

İdman.biz

Məqalədə: