Debütant ilk oyununu onlara qarşı keçirəcək

Xəbərlər
3 Oktyabr 2024 16:14
155
Debütant ilk oyununu onlara qarşı keçirəcək

Azərbaycan Basketbol Liqasında debüt edəcək “Lənkəran”ın ilk oyununun vaxtı dəqiqləşib.

İdman.biz xəbər verir ki, komanda mövsümə hazırlıq çərçivəsində “siftəsini” “Naxçıvan”a qarşı edəcək.

Yoxlama matçı oktyabrın 9-da, saat 11:30-da AZMİU-nun idman zalında keçiriləcək.

Cənublular 1 gün sonra “Sərhədçi” İdman Kompleksində “Sərhədçi”nin qonağı olacaq. Oyun saat 12:30-da başlayacaq.

Qeyd edək ki, “Lənkəran” mövsümdə ilk rəsmi oyununu oktyabrın 19-da evdə “Gəncə”yə qarşı keçirəcək.

İdman.biz

Məqalədə: