Serbiyalı basketbolçu Nikola Yokiç Paris-2024 Yay Olimpiya Oyunlarında ABŞ-a məğlubiyyəti xatırlayıb.
İdman.biz xəbər verir ki, o, uduzduqları görüşü karyerasının ən xoş məğlubiyyəti adlandırıb.
Yokiç amerikalılarla yarımfinal matçında qələbə qazanmaq şanslarının olduğunu bildirib: "İnanılmaz oyun idi. Ola bilsin ki, karyeramın ən xoş məğlubiyyətidir. Qələbə qazanmaq şansımız olsa da, biz bundan istifadə edə bilmədik. Bu uğursuzluğu yaşamaq çətin idi, amma bu komandanın xeyrinə oldu".
Qeyd edək ki, Serbiya son period ərəfəsində 17 xallıq fərqlə öndə olsa da, ABŞ 91:95 hesabı ilə uduzub. Yekunda komanda olimpiadanın bürünc medalını qazanıb.
İdman.biz