“Naxçıvan”nın baş məşqçisi: “Oyunçularımın hazırlıqlarından razıyam”

Xəbərlər
5 Oktyabr 2024 14:24
444
“Naxçıvan”nın baş məşqçisi: “Oyunçularımın hazırlıqlarından razıyam”

“Artıq 2 həftədir bütün komanda olaraq hazırlıqlarımızı davam etdiririk. Yeni yerli və legionerlərlə birlikdə bambaşqa bir komanda olduq”.

İdman.biz xəbər verir ki, bunu “Naxçıvan”nın baş məşqçisi Murat Dikmən deyib.

Türkiyəli mütəxəssis yeni mövsümə hazırlıqlardan danışıb: “Ötən ilki əsas heyətdən yalnız Cordon Perkins bizimlə birlikdədir. Bu mövsüm daha fərqli basketbol sərgiləyəcəyik. Komanda olaraq bir az qısa olduğumuz üçün daha sürətli oyuna üstünlük verəcəyik. Oyunçularımın hazırlıqlarından razıyam. Məqsədimiz 18 oktyabrdakı “Neftçi” ilə açılış matçına hazır olmaqdır. Komandamızın həm hücum, həm də müdafiə sisteminin möhkəmlənməsi üçün zamana ehtiyacımız var. Qarşıdakı günlərdə 5 nömrəli mövqeyə oyunçu transfer etmək istəyirik. Bütün kollektivimizdən razıyam. Ümid edirəm bunun qarşılığını mövsüm içində alarıq”.

Qeyd edək ki, “Naxçıvan” Azərbaycan Basketbol liqasının 2024-2025 mövsümünün ilk turunda “Neftçi” ilə üz-üzə gələcək. Ayın 18-də keçiriləcək qarşılaşma həm də mövsümün açılış oyunu olacaq.

İdman.biz