"Şəki"də 5-ci legioner

Xəbərlər
6 Oktyabr 2024 13:41
189
"Şəki"də 5-ci legioner

"Şəki" basketbol klubu heyətini daha bir legionerlə gücləndirib.

İdman.biz xəbər verir ki, komanda amerikalı Roti Veyrlə müqavilə imzalayıb.

25 yaşlı oyun qurucusu ilə mövsümün sonuna kimi komandada çıxış edəcək. Veyr "Şəki"də 2 nömrəli formada çıxış edəcək. O, son mövsümü Kipr çempionatında keçirib.

Qeyd edək ki, "Şəki" bundan əvvəl Kris Barton, Karl Conz, Aleks Koldvell və Coş Robinson kimi əcnəbiləri heyətinə cəlb edib.

İdman.biz