Lənkəran Olimpiya İdman Kompleksinin basketbol zalında yenidənqurma işləri başa çatıb.
İdman.biz xəbər verir ki, Azərbaycan Basketbol Liqasının yeni mövsümünə hazırlaşan “Lənkəran” bu gün arenada artıq ilk məşqinə çıxıb.
Debütant I turda - oktyabrın 19-da kompleksdə “Gəncə”ni qonaq edəcək.
Qeyd edək ki, komanda buna qədər məşqlərini Astara Olimpiya İdman Kompleksində keçib.
İdman.biz