​Lebron oğlu ilə oyununu şərh edib

Xəbərlər
7 Oktyabr 2024 15:40
233
​Lebron oğlu ilə oyununu şərh edib

"Los Anceles Leykers"ın 39 yaşlı basketbolçusu Lebron Ceyms "Finiks"lə NBA-in mövsümöncəsi matçında (114:118) oğlu Bronni ilə birlikdə çıxış etməsinin təəssüratlarını bölüşüb.

İdman.biz xəbər verir ki, Lebron bu görüşdə 19 xal (oyundan 12 xaldan 8-i), 5 ribaund və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

20 yaşlı Bronni isə meydanda 13 dəqiqə olsa da, xal qazana bilməyib.

"Vau, bu, sadəcə inanılmaz idi", - deyə Lebron sosial media səhifəsində yazıb.

İdman.biz

Məqalədə: