“Ordu”nun legioneri: “Bir çoxları üçün təhlükəli olacağıq”

Xəbərlər
7 Oktyabr 2024 16:50
258
“Ordu”nun legioneri: “Bir çoxları üçün təhlükəli olacağıq”

“Hələ ki, bütün oyunçular komandaya qoşulmayıb. Amma məşq prosesi çox yaxşı gedir”.

İdman.biz xəbər verir ki, bunu “Ordu”nun ukraynalı basketbolçusu Volodimir Markovetski deyib.

O yeni mövsümə hazırlıqlarını dəyərləndirib, iddialarını açıqlayıb: “Bir komanda kimi hələ çox iş görməliyik. Əminəm ki, yeni mövsümdə bir çoxları üçün təhlükəli rəqib olacağıq və yaxşı oyun nümayiş etdirəcəyik. Komandadakı atmosfer mənim xoşuma gəlir. Uşaqların hamısı həm yaxşı oyunçu, həm də yaxşı insandırlar. Kollektiv daxilindəki ab-hava əladır. Azərbaycanda ilk dəfə olduğum üçün bu atmosfer mənə çox yaxşı təsir edir. Komandanın və baş məşqçinin dəstəyini daim hiss edirəm”.

Qeyd edək ki, “Ordu” mövsümün ilk oyununda “Sumqayıt”ın qonağı olacaq.

İdman.biz