“Sabah”ın legioneri “beşlik”də

Xəbərlər
8 Oktyabr 2024 18:20
128
“Sabah”ın legioneri “beşlik”də

FİBA Avropa kubokunun startı ərəfəsində müəyyən fasilədən sonra turnirə qayıdan basketbolçuların siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, “beşlik”də Azərbaycan təmsilçisi “Sabah”ın da legioneri yer alıb.

Latviyalı Klavs Kavars Avropa kubokuna qayıdışı diqqət çəkən 5 basketbolçudan biridir. 28 yaşlı hücumçu sonuncu dəfə 2021/22 mövsümündə “Ventspils”in heyətində bu turnirdə oynayıb.

Avropa kubokunun 1/4 finalçısı olan Klavs bu turnirdə orta hesabla 11,3 xal yığıb. 12 matça çıxan basketbolçu 7,4 ribaundla yadda qalıb.

Qeyd edək ki, “Sabah” ilk oyununa sabah çıxacaq. Təmsilçimiz Belçikanın “Spirou” klubu ilə görüşəcək.

İdman.biz