Kişi basketbolçulardan ibarət “Sabah” klubu FİBA Avropa kubokunda mübarizəyə başlayıb.
İdman.biz xəbər verir ki, təmsilçimiz qrup mərhələsindəki ilk matçını bu gün keçirib.
Bakı klubu Belçikada yerli “Spirou” ilə üz-üzə gəlib. Oyuna yaxşı başlayan Azərbaycan çempionu 1-ci periodu üstün bitirib. Növbəti periodda daha yaxşı oynayan meydan sahibləri böyük fasiləyə qalib yollanıblar. Son periodda təmsilçimiz hesabda önə keçsə də üstünlüyünü qoruya bilməyib. “Spirou” 1 xal fərqi ilə qalib gəlib.
Qeyd edək ki, G qrupun digər matçında Yunanıstanın “Marussi” klubu "Norçepinq Dolfins"ə (İsveç) qalib gəlib.
FIBA Avropa kuboku
Qrup mərhələsi, G qrupu
I tur, 9 oktyabr
22:30. “Spirou” (Belçika) – “Sabah” (Azərbaycan) - 82:81 (24:26, 25:16, 18:20, 15:19)
Hakimlər: Karsten Ştraube (Almaniya), Hrvoe Kavar (Bosniya və Herseqovina), İan Makdonald (Böyük Britaniya)
“Şarlerua Doum”
1 |
Marussi |
1 |
1 |
0 |
99-80 |
2 |
2 |
Spirou |
1 |
1 |
0 |
82-81 |
2 |
3 |
Sabah |
1 |
0 |
1 |
81-82 |
1 |
4 |
Norçepinq |
1 |
0 |
1 |
80-99 |
1 |
İdman.biz