“Qalib gələ bilərdik. Lakin son anda qələbəni əldən verdik”.
İdman.biz xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.
Litvalı mütəxəssis FİBA Avropa kubokunun I turunun “Spirou”ya qarşı oyunu ilə bağlı fikirlərini klubun mətbuat xidmətinə açıqlayıb: “Onların heyəti daha genişdir. Rotasiya imkanları bizimlə müqayisədə daha çoxdur. Ev oyunlarımızda daha yaxşı çıxış edib, bacardıqca daha çox xal toplamalıyıq”.
Qeyd edək ki, “Sabah” Belçikadakı görüşdə 81:82 hesabı ilə uduzub.
İdman.biz