“Sabah”ın basketbolçusu Deandre Bolduin FİBA Avropa kubokunun tarixinə düşüb.
İdman.biz xəbər verir ki, 28 yaşlı amerikalı buna I turun “Spirou” ilə görüşündə imza atıb.
Komandası 81:82 hesabı ilə uduzsa da, Bolduin Belçikadakı qarşılaşmanın qəhrəmanı olub. O, təkbaşına 39 xal toplayıb.
Deandre FİBA Avropa kubokunun tarixində 3-cü məhsuldarlığa şərik çıxıb.
Ona qədər Con Roberson (“Elan Çalon”) və Spenser Batterfild (“Nanter”) 2017-ci ilin martında, Omar Kallun Kataya (“Basket39”) 2019-cu ilin noyabrında 39 xal toplaylb.
Deandreni rekorddan iki xal ayırıb. Trey Qolden (“Baxçaşehir Kollec”) 2020-ci ilin martında 41 xal yığıb. Ona qədər isə rekord Raşaun Tomasa (“Dinamo Sassari”) məxsus olub – 40 xal.
39 və daha çox xal toplayan 6-cı basketbolçu kimi tarixə düşən Bolduin atışlarda 76 faiz dəqiqlik göstərib. 7 ribaund və 3 ötürməyə də imza atan oyunçu faydalılıq reytinqində 43 bala layiq görülüb.
Qeyd edək ki, FİBA Avropa kuboku 2015-ci ildən keçirilir.
İdman.biz