“Lənkəran”nın kapitanı məğlubiyyətin səbəblərindən danışıb

Xəbərlər
10 Oktyabr 2024 17:44
258
“Lənkəran”nın kapitanı məğlubiyyətin səbəblərindən danışıb

“Komandamız oyundan oyuna bir birinə daha da alışır. Yaxşı mübarizə apardıq, yaxşı təcrübə qazandıq”.

İdman.biz xəbər verir ki, bunu “Lənkəran”nın kapitanı Rəşid Abbasov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

20 yaşlı basketbolçu “Sərhədçi”yə 76:85 hesabı ilə uduzduqları oyunu şərh edib: “Qələbə qazanmağa yaxın idik, lakin sadəcə uğursuzluqlar buna mane oldu. Bir neçə səhvə yol verdik və bu rəqibimizə önə keçmək şansı yaratdı. Amma səhvlərimizi bilirik və onların üzərində işləyəcəyik. Məqsəd heç bir şəkildə dəyişmir və biz yenə də pley-offa çıxmaq üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, bu “Lənkəran”nın 2-ci yoxlama oyunu olub. Bundan əvvəl komanda “Naxçıvan”a 70:83 hesabı ilə uduzub.

İdman.biz