"Abşeron" növbəti qələbəsini qazanıb

Xəbərlər
10 Oktyabr 2024 21:32
137
"Abşeron" növbəti qələbəsini qazanıb

"Abşeron" basketbol klubu növbəti yoxlama oyununu keçirib.

İdman.biz xəbər verir ki, komanda "Gəncə" ilə qarşılaşıb.

Bakı idman sarayında keçirilən görüşdə "Abşeron" qalib gəlib. Qarşılaşma 79:69 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, "Abşeron" ilk yoxlama matçında "Naxçıvan"a 84:82 hesabı ilə qalib gəlib.

İdman.biz