İlk dəfə Azərbaycanda – Dünya kubokunun seçmə mərhələsi

Xəbərlər
11 Oktyabr 2024 13:32
397
İlk dəfə Azərbaycanda – Dünya kubokunun seçmə mərhələsi

Azərbaycan ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya kubokunun seçmə mərhələ oyunlarına ev sahibliyi edəcək.

İdman.biz xəbər verir ki, Azərbaycan Basketbol Federasiyası (ABF) ilə FIBA arasında imzalanmış müqaviləyə əsasən, 2025-ci ilin seçmə mərhələ oyunları ölkəmizdə keçiriləcək.

Mayın 24-25-də Bakıda baş tutacaq qarşılaşmalarda 6 kişi və 6 qadın milli komandaları əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Hər 2 yarışda Azərbaycan yığmaları da iştirak edəcəklər.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 komandası Dünya kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.

İdman.biz

Məqalədə: