“Sumqayıt” ilk oyununda uduzub

Xəbərlər
12 Oktyabr 2024 15:16
77
“Sumqayıt” ilk oyununda uduzub

Azərbaycan Basketbol Liqasında hazırlıqları davam etdirən "Sumqayıt" bu mövsüm ilk hazırlıq oyununa çıxıb.

İdman.biz xəbər verir ki, komanda Memarlıq və İnşaat Universitetinin İdman Salonunda "Naxçıvan" klubu ilə qarşılaşıb.

İlk hissə "Naxçıvan"ın 45:43 hesablı üstünlüyü ilə bitib. Fasilədən sonra rəqib komanda fərqi daha da artırıb. Nəticədə "Sumqayıt" 74 :90 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komanda yeni mövsümdə ilk oyununu oktyabrın 20-də Sumqayıtda "Ordu" klubuna qarşı keçirəcək.

İdman.biz

Məqalədə: