“Ordu”nun basketbolçusu: “Hədəfimiz final mərhələsində oynamaqdır”

Xəbərlər
12 Oktyabr 2024 17:57
211
“Ordu”nun basketbolçusu: “Hədəfimiz final mərhələsində oynamaqdır”

“Komanda olaraq hazırlıqlar çox yaxşı davam edir. Artıq bir aydan çoxdur ki, məşq edirik”.

İdman.biz xəbər verir ki, bunu “Ordu”nun basketbolçusu Səid İsmayılov deyib.

Gənc oyunçu yeni mövsümə hazırlıqlarını dəyərləndirib: “Oyunda daha yaxşı anlaşmağa çalışırıq. Bütün legionerlərimiz də artıq bizə qoşulub. Onlar xararkter olaraq yaxşı insanlardır. Baş məşqçimiz Alberto Blanko çox təcrübəli məşqçidir. Əgər belə məşqçi ilə işləyirsənsə, mütləq hədəflər yüksək olmalıdır. Belə mütəxəssislə işlədiyimiz üçün çox şanslıyıq. Hədəfimiz final mərhələsində oynamaqdır. Lakin ilk məqsədlərimizdən biri qrupu birinci bitirib, pley-offa birbaşa vəsiqə qazanmaqdır. İlk oyunumuz “Sumqayıt”ladır. Bu oyunda da qalib gələcəyik. Həmin qələbə bizə əlavə enerji və ruh yüksəkliyi verə bilər”.

Qeyd edək ki, “Sumqayıt” - “Ordu” görüşü oktyabrın 20-də keçiriləcək.

İdman.biz