Oğul Sabonis atasını seçib

Xəbərlər
12 Oktyabr 2024 19:23
126
Oğul Sabonis atasını seçib

"Sakramento Kinqz"in basketbolçusu Domantis Sabonis NBA tarixinin ən yaxşı "beşliy"ini açıqlayıb.

İdman.biz xəbər verir ki, o, siyahıda atası Arvidas Sabonisə də yer verib.

Domantisin "beşliy"ində Con Stokton, Maykl Cordan, Lebron Ceyms, Kevin Dürant və Arvidas Sabonis yer alıb.

Qeyd edək ki, oğul Sabonis ötən mövsüm NBA-da 84 oyunda meydana çıxıb. O, orta hesabla 19,4 xal qazanıb, 13,6 ribaund və 8,2 ötürmə ilə yadda qalıb.

İdman.biz