“Marussi” Bakıya qalib gəlir

Xəbərlər
13 Oktyabr 2024 15:56
140
“Marussi” Bakıya qalib gəlir

Basketbol üzrə Avropa Kubokunun G qrupunda yer alan “Sabah”ın rəqibləri milli çemponatlarda növbəti oyunlarını keçiriblər.

İdman.biz xəbər verir ki, Yunanıstan təmsilçisi “Marussi” Bakıya qalib kimi gələcək.

"Sabah"ın növbəti rəqibi çempionatın 2-ci turunda öz meydanında “Kolossos”dan 70:67 hesabı ilə üstün olub. "Nörçöppinq” isə İsveç çempionatının 3-cü turunu qələbə ilə başa vurub. "Delfinlər" səfərdə "Kopin Stars”ı məğlub ediblər - 94:85.

Qeyd edək ki, "Sabah" - “Marussi” matçı oktyabrın 16-da Bakıda keçiriləcək.

İdman.biz