“Çox mübarizəli oyun oldu. İki komanda da çempionata hazır görünürdü”.
İdman.biz xəbər verir ki, bunu “Sərhədçi” basketbol klubunun baş məşqçisi Evren Alkaya deyib.
Türkiyəli çalışdırıcı “Abşeron”u 82:71 məğlub etdikləri oyunu şərh edib: “Biz hesabda geri düşdük. Matçın əvvəlində hücumlarımız yaxşı olmadı. İlk yarının sonuna qədər istədiyimiz kimi oynayıb bərabərliyi təmin etdik. Birinci hissədən sonra da düşündüyümüz hücumları edib qalib gəldik. “Abşeron”u çox yaxşı gördüm. Erhan Koç komandanı yaxşı hazırlaşdırıb. Komandasının çempionata rəng qatacağını düşünürəm. Biz də çempionatda yaxşı mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Oyunçularım yaxşı mübarizə apardılar. Bu gün meydanda döyüşən komanda var idi. Qazandıq və buna sevinirəm”.
Qeyd edək ki, “Sərhədçi” ABL-nın ilk oyununda oktyabrın 20-də “Sabah”la qarşılaşacaq.
İdman.biz