“Quba”da gürcüstanlı məşqçi

Xəbərlər
15 Oktyabr 2024 12:36
278
“Quba”da gürcüstanlı məşqçi

“Quba” basketbol klubu yeni məşqçi ilə anlaşıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Gürcüstandan yeni məşqçi gətirib. Şəhriyar Əsgərova Vasili Çkareuli kömək edəcək. O, mövsümün sonuna qədər “Quba”da işləyəcək. 1997-ci il təvəllüdlü məşqçi ötən mövsümü “Soxumi”də basketbolçu kimi keçirib.

Qeyd edək ki, karyerasını yayda başa vurmuş Vasili buna qədər "Soxumi"nin U-22 komandasının baş məşqçisi və "Zaza Pachulia Basketball Academy"də məşqçi kimi işləyib.

İdman.biz

Məqalədə: