“Sərhədçi”nin amerikalısı: “Sabah” güclü olduğumuzu bilir”

Xəbərlər
15 Oktyabr 2024 12:41
242
“Sərhədçi”nin amerikalısı: “Sabah” güclü olduğumuzu bilir”

“Məşqlərimiz çox yaxşı gedir”.

İdman.biz xəbər verir ki, bunu “Sərhədçi”nin basketbolçusu Marselo Lotts deyib.

O bildirib ki, komanda şəklində son həftələrdə sürətli irəliləyiş əldə ediblər: “Məşqçilərimiz mövsümə yaxşı başlamaq üçün əllərindən gələni edir. Komanda olaraq yaxşı nəticə qazanacağımıza ümidimiz böyükdür. Əminəm ki, komanda yoldaşlarımla birlikdə yaxşı işlər görəcəyik. Qarşısıalınmaz olacağımıza əminəm”.

Lotts ötən gün “Abşeron”a 82:71 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçını da dəyərləndirib: “Oyun bizim üçün yaxşı oldu. Qalib gələcəyimizi bilirdik. Bəzi şeyləri düzəltməli və daha çox mübarizə aparmalı idik. Onu da bacardıq. “Abşeron” yaxşı komandadır. Amma biz daha yaxşı idik”.

Amerikalı basketbolçu Azərbaycan Basketbol Liqasının ilk turunda “Sabah”a qarşı keçirəcəkləri oyuna hazır olduğunu da deyib: “Əminəm ki, “Sabah” da bizim güclü komanda olduğumuzu bilir. Bu bəlkə də ən çətin oyunumuz olacaq. Amma biz hər şeyə hazırıq. Mövsümə yaxşı start verəcəyimizi düşünürəm. Heç bir narahatçılıq yoxdur”.

Qeyd edək ki, “Sabah” - “Sərhədçi” görüşü oktyabrın 20-də keçiriləcək.

İdman.biz