Avropa kubokunda mübarizə aparan “Sabah”ın II turdakı oyununun təyinatları bəlli olub.
İdman.biz xəbər verir ki, təmsilçimizin “Marussi” ilə evdə keçirəcəyi qarşılaşmada iki ölkədən olan hakimlər ədaləti qoruyacaq.
Bakıdakı matça Marius Çiulin (Rumıniya), Kirile Tvauri (Gürcüstan) və Vlad-Teodor Kotrobas-Daskalu (Rumıniya) təyinat alıblar. Görüşün komissarı isə gürcüstanlı Merab Patişvili olacaq.
Qeyd edək ki, Azərbaycan və Yunanıstan klubları arasında qarşılaşma saat 19:00-da başlayacaq.
İdman.biz