“Sabah” “Marussi”yə qarşı

Xəbərlər
16 Oktyabr 2024 09:32
288
“Sabah” “Marussi”yə qarşı

Kişi basketbolçulardan ibarət “Sabah” klubu bu gün növbəti avrokubok matçına çıxacaq.

İdman.biz xəbər verir ki, Rimas Kurtinaytisin yetirmərləri G qrupunda II turun matçına çıxacaq.

Qrupda ilk ev görüşünü keçirəcək təmsilçimiz “Marussi” ilə qarşılaşacaq. “Sabah” I turda qalib gələn Yunanıstan təmsilçisi ilə matça ilk qələbə arzusu ilə çıxacaq.

Qeyd edək ki, oyun saat 19:00-da başlayacaq.

Avropa kuboku
II tur, G qrupu
16 oktyabr
19:00. “Sabah” (Azərbaycan) – “Marussi” (Yunanıstan)
Hakimlər:
Marius Çiulin (Rumıniya), Kirile Tvauri (Gürcüstan) və Vlad-Teodor Kotrobas-Daskalu (Rumıniya)
Bakı İdman Sarayı

1

Marussi

1

1

0

99-80

2

2

Spirou

1

1

0

82-81

2

3

Sabah

1

0

1

81-82

1

4

Nörçöppinq

1

0

1

80-99

1

İdman.biz