Tahir Baxşıyev: “Bir çox məşqçilər deyirlər ki…”

Xəbərlər
16 Oktyabr 2024 15:37
260
Tahir Baxşıyev: “Bir çox məşqçilər deyirlər ki…”

"Hazırlıq prosesindən razıyam. İki yoxlama oyunu keçirdik. Oyunçuların və bütün komandanın müsbət və mənfi cəhətlərini gördük”.

İdman.biz xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev komandanın hazırlığından danışarkən deyib.

Mütəxəssis mövsümdən gözləntilərini açıqlayıb: “Bu mövsüm ən gənc komanda bizim olacaq. Ən təcrübəli oyunçumuz 25 yaşlı Əkbər Məmmədovdur. Bu mövsüm sürətli, aqressiv basketbol oynayacağıq. Bütün oyunçular oynamaq üçün böyük bir istəklə gəldilər. Çox ağır çempionat gözləyirəm. Keçən mövsüm autsayderlərə qarşı matçlar da olurdu. Bu mövsüm belə olmayacaq. Hər oyun vacibdir. A qrupunda bütün komandalar güclənib, keyfiyyətli legionerlər cəlb ediblər. Yeni limit daha sürətli basketbol deməkdir”.

Baxşıyevin sözlərinə görə, hədəfləri dəyişilməz olaraq qalır: “Hədəflərimiz heç vaxt dəyişmir. Bir çox məşqçilər deyirlər ki, onların məqsədi pley-offa çıxmaqdır. Amma bizim həmişə bir məqsədimiz olub - çempionluq. Komanda meydançaya çıxırsa, yalnız qələbə üçün oynamalıdır. NTD klubunda hədəflər heç vaxt dəyişməyib. Bəli, çətin olacaq. Liqada "Sabah" kimi komanda var. Onlar avrokuboklarda oynayırlar, güclü legionerləri var. Amma biz ancaq çempionluğa oynayacağıq".

Qeyd edək ki, NTD ilk turda oktyabrın 19-da “Abşeron”u sınağa çəkəcək.

İdman.biz