Rimas Kurtinaytis: "Onlar bizim qrupun favoritidir" - VİDEO

Xəbərlər
16 Oktyabr 2024 21:37
264
Rimas Kurtinaytis: "Onlar bizim qrupun favoritidir" - VİDEO

"Sona qədər mübarizə apardığı üçün oyunçularımdan razıyam".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis deyib.

Təccrübəli mütəxəsis Avropa Kubokunda Yunanıstanın "Marussi" klubuna 70:82 hesabı ilə uduzduqları oyunu şərh edib. O bildirib ki, əsas problemləri rotasiya ilə bağlıdır: "Biz bu problemlə ilk oyundan qarşılaşmışıq. Endər Poladxanlı zədələndi və 3 ay meydandan kənarda olacaq. 7 oyunçu ilə qaldıq. Ən böyük problem rotasiya ilə bağlıdır. Bizdə 2 oyunçu çatmır. "Spirou" ilə oyunda da bunu hiss etdik. Rotasiya olmayanda tez yoruluruq. "Marussi" tarixi yaxşı komandadır. Onlar Çempionlar Liqasında çıxış edən "Kolossos"u ötən həftə məğlub etdilər. Yunanlar bizim qrupun favoritidir. Şirzad Şirzadovun konkret tapşırığı var idi ki, onların əsas oyunçularından olan Fridrinsona qarşı mübarizə aparsın. Bu alınmadı. Şirzadı buraxmaq planımız yox idi. Amma əsas oyunçumuz Deandre zədələnəndən sonra problem daha da böyüdü. Ustalıq, istək problemimiz yoxdur, sadəcə olaraq rotasiya problemimiz bizə mane oldu".

Kurtinaytis Klavs Kavalsın performansı ilə bağlı da danışıb: "Yox təssüflənmirəm. Sizin heyətinizdə ancaq Ronaldo ola bilməz. Kimsə ötürmə də etməlidir. Klavsın oyunundan narazı deyiləm. Amma tam da razılıq edə bilmərəm. Endərin zədələnməsi böyük problem yaratdı. Bizdə hələ yerli oyunçular inkişaf etməyib. Onlar artırmayana qədər belə məğlubiyyətlər olacaq. Üçüncü periodda səbət altında problemlərimiz oldu və oyunu çevirə bilmədik".

"Sabah"ın baş məşqçisi komandanın qrupdakı şanslarını da dəyərləndirib: "Ümid edirəm ki, Deandre sağalacaq. Bizdə kimisə kiminləsə dəyişməklə bağlı problem yoxdur. Sadəcə 7 legionerimiz yoxdur. Əsas problem məhz bununla bağlıdır. Mən müxtəlif komandalarla "Spirou"ya qarşı mübarizə aparmışam və hər zaman problem yaranıb. Onlar çox güclü komandadır. Biz o matçda da sona qədər mübarizə apardıq. Hələ də qrupdan çıxmaq şansımız var. "Marussi" yəqin ki, lider olacaq. Ümid edirəm ki, daha itkilərimiz olmayacaq".

Qeyd edək ki, "Sabah" növbəti oyunu oktyabrın 23-də Bakıda "Norkopinq"ə qarşı keçirəcək.

Emin Ağa
İdma.biz