Kamerun Blu: "Bu gün top çevirmələrdə və ribaundlarda yaxşı olmadıq"

Xəbərlər
16 Oktyabr 2024 22:03
250
Kamerun Blu: "Bu gün top çevirmələrdə və ribaundlarda yaxşı olmadıq"

"Hər şey yaxşı başlamışdı. Matçın əvvəllərində baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirdik. Amma sonradan oyunumuz yaxşı alınmadı".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın oyunçusu Kamerun Blu deyib.

O, FİBA Avropa kubokunda "Marussi" ilə görüşdə qeydə alınan matçı şərh edib. Blu bildirib ki, qrupdakı hər 3 rəqibə qarşı yaxşı mübarizə aparmağa çalışacaqlar: "3 xallıq atışlarda inamsızlıq yox idi. Komandamızda 3 xallıq atışları yaxşı yerinə yetirən oyunçular var. Vəziyyətdən aslı olaraq 2 xallıq atışlara üstünlük verdik. Bu gün top çevirmələrdə və ribaundlarda yaxşı olmadıq. Bu səbəbdən də uduzduq. Üç rəqibdən heç birini fərqləndirmək istəməzdim. Hər üçünə qarşı yaxşı oynamaq hədəfimiz olub. Heçbir rəqibi fərqləndirmək istəməzdik".

Qeyd edək ki, "Sabah" növbəti oyunu oktyabrın 23-də Bakıda "Norkopinq"ə qarşı keçirəcək.

Emin Ağa
İdma.biz