Mövsümə Bakıda start: “Neftçi” “Naxçıvan”a qarşı

Xəbərlər
18 Oktyabr 2024 08:55
280
Mövsümə Bakıda start: “Neftçi” “Naxçıvan”a qarşı

Bu gün Azərbaycan Basketbol Liqasında 2024/25 mövsümünə start veriləcək.

İdman.biz xəbər verir ki, 12 komandanın mübarizə aparacağı çempionatın ilk turu paytaxtda başlayacaq.

İlk oyun gününün yeganə matçında "Neftçi" və "Naxçıvan" üz-üzə gələcək. A qrupunun qarşılaşması Bakı İdman Sarayında keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Qarşılaşmadan öncə mövsümün açılış mərasimi təşkil olunacaq.

Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
I tur
18 oktyabr

A qrupu
20:00. "Neftçi" - "Naxçıvan"

Bakı İdman Sarayı

İdman.biz