“Hazırlıqlarımız davam edir. Bu gün matçdan öncə daha bir məşqimiz olacaq. Hazırkı duruma görə zədəli oyunçumuz yoxdur”.
İdman.biz xəbər verir ki, bunu “Abşeron”nun baş məşqçisi Erhan Toker deyib.
Türkiyəli mütəxəssis ABL-nın I turunda NTD-yə qarşı oynayacaqları matç haqqında fikirlərini bölüşüb. O bildirib ki, komanda hələ də tam hazır deyil: “Bunun üçün bizə 1-2 həftə lazım olacaq. İlk oyunda NTD ilə qarşılaşırıq. Onları izləmək şansım olmayıb. Burada nədənsə yoxlama matçlarını qapalı şəraitdə keçirirlər. Bu məsələni bir qədər anlamadım. Səhv etmirəmsə, 2 yoxlama oyunu oynayıblar. Yanıla da bilərəm. Nəticələrə görə yüksək xal qazanan kollektivdir. Onlara qarşı yaxşı müdafiə olunmalı olacağıq. Rəqibə hörmətlə yanaşırıq, lakin necə bir komandaya qarşı oynayacağımızı yalnız oyun başlayanda biləcəyik”.
Qeyd edək ki, NTD “Abşeron” matçı oktyabrın 19-da saat 12:30-da start götürəcək.
İdman.biz