“Abşeron” və “Gəncə”dən qələbə - FOTO

Xəbərlər
19 Oktyabr 2024 16:04
118
“Abşeron” və “Gəncə”dən qələbə - FOTO

Azərbaycan Basketbol Liqasında I tur davam edir.

İdman.biz xəbər verir ki, yeni mövsümün ikinci oyun gününün matçları keçirilib.

I turun bugünkü iki qarşılaşmasından biri Bakıda, digəri paytaxtdan kənarda baş tutub. A qrupunda NTD “Abşeron”u qəbul edib. Gərgin keçən oyunda qonaq komanda qələbə qazanıb.

Mövsümün paytaxtdan kənardakı ilk qarşılaşması Lənkəranda keçirilib. B qrupunda çıxış edən eyniadlı komanda “Gəncə” ilə üz-üzə gəlib. Bu görüşdə də qonaqlar qələbə əldə ediblər.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası

I tur
19 oktyabr
A qrupu

12:30. NTD – “Abşeron” - 69:75 (22:16, 12:15, 16:23, 19:21)
Bakı İdman Sarayı

B qrupu
14:00. "Lənkəran" - "Gəncə" - 75:90 (20:31, 14:22, 21:17, 20:20)

Lənkəran OİK

İdman.biz

Məqalədə: