Çempiondan asan qələbə, "Şəki" və "Ordu"dan uğurlu start

Xəbərlər
20 Oktyabr 2024 22:05
435
Çempiondan asan qələbə, "Şəki" və "Ordu"dan uğurlu start

Bu gün Azərbaycan Basketbol Liqasında I tura yekun vurulub.

İdman.biz xəbər verir ki, turun son günündə üç matç baş tutub.

A qrupunda günün yeganə oyunu son çempionun iştirakı ilə keçirilib. “Sabah” “Sərhədçi”ni sınağa çəkib və çətinlik çəkmədən qələbə qazanıb.

Digər qarşılaşmalar B qrupunda təşkil olunub. “Şəki” “Quba”nı, “Sumqayıt” “Ordu”ya məğlub olub.

Qeyd edək ki, II turun matçları oktyabrın 22-dən 27-dək keçiriləcək.

Azərbaycan Basketbol Liqası
I tur
20 oktyabr
A qrupu
12:30. "Sabah" - "Sərhədçi" - 80:53 (24:14, 20:15, 16:11, 20:13)

Bakı İdman Sarayı

B qrupu
14:00. "Şəki" - "Quba" - 90:83 (23:18, 27:20, 13:15, 27:30)

Şəki OİK

20:00. "Sumqayıt" - "Ordu" - 80:103 (26:24, 19:29, 23:24, 12:26)
Sumqayıt OİK

İdman.biz