"Gəncə"nin basketbolçusundan iddialı AÇIQLAMA

Xəbərlər
19 Oktyabr 2024 10:28
280
"Gəncə"nin basketbolçusundan iddialı AÇIQLAMA

“Çempionata gərgin məşqlər etməklə hazırlaşmışıq. Komandanın heyəti yenilənib. Odur ki, uyğunlaşma prosesi keçirik”.

İdman.biz xəbər verir ki, bunu "Gəncə"nin basketbolçusu Lavon Holland deyib.

Amerikalı oyunçu bildirib ki, komanda yoldaşları ilə hələlik meydanda bir-birini tanımağa çalışırlar: “Yaxşı məşqçilərimiz var, onlar bizim inkişaf etməyimiz üçün dayanmadan çalışırlar. Biz də üzərimizə düşən işi görməyə çalışırıq. Hazırlıq prosesləri yüksək səviyyədə keçib. Özümə gəlincə, əzmlə məşq edib, formamı artırmağa səy göstərirəm. Çempionat başlayana kimi çatışmazlıqları aradan qaldırmağa çalışmışıq. İşimdən zövq alıram. Bunu da məşqlərdə və oyunlarda göstərmək istəyirəm”.

Holland komandanın qarşısına qoyulan hədəfi də açıqlayıb: “Əgər bacardığımız kimi oynasaq, çempionatda uğur qazanacağıq. Komandamızın yaxşı potensialı var. Heyətimiz istedadlı yerli və gəlmə basketbolçulardan təşkil olunub. Birgə vəhdət təşkil etmişik. Bu mövsüm Gəncədə iddialı kollektiv olaraq rəqiblərimizin önünə çıxacağıq. İlk növbədə məqsədimiz pley-offa düşməkdir”.

30 yaşlı oyun qurucusu azarkeşlərə də səslənib. Fanatları komandaya dəstək olmağa çağırıb: “Bilirəm ki, Gəncədə basketbolu çox sevirlər, komandaya dəstək göstərirlər. İnanıram ki, azarkeşlər bizi əvvəlki illərdə olduğu kimi dəstəkləsələr və ruhlandırsalar, birlikdə qeyd edəcəyimiz çox qələbələr olacaq”.

Qeyd edək ki, "Gəncə" bu gün Azərbaycan Basketbol Liqasının I turunda "Lənkəran"nın qonağı olacaq. Matç saat 14:00-da başlayacaq.

İdman.biz

Məqalədə: