Murat Dikmen: "Bu istəyimiz də gerçəkləşərsə..."

Xəbərlər
19 Oktyabr 2024 11:13
181
Murat Dikmen: "Bu istəyimiz də gerçəkləşərsə..."

"Yeni bir komanda qurmuşuq. İlk görüşə görə komandam yetəri qədər istəkli və arzulu idi".

İdman.biz xəbər verir ki, bunu "Naxçıvan" basketbol klubunun baş məşqçisi Murat Dikmən deyib.

Türkiyəli mütəxəssis ABL-nın I turunda "Neftçi"yə 84:79 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. O bildirib ki, günlər keçdikcə komanda daha yaxşı çıxış edəcək: "Hələ mövsümün əvvəlidir. Xırda əskikliklərimizi də bərpa edəndən sonra keçən ilki kimi çıxış edən bir kollektiv olacağıq. Bunun üçün zamana ehtiyacımız var. İrəliyə doğru gedərkən də qazanmaq çox vacib idi. Mövsümün davamında bir uzun oyunçu axtarışımız davam edir. Rəhbərliyimizə də təşəkkür edirəm ki, artıq bununla bağlı işlərə başlayıblar. Bu istəyimiz də gerçəkləşərsə keçən mövsümkü kimi yaxşı yerlərdə olacağıq".

Qeyd edək ki, bu gün ABL-nın I turunda daha 2 oyun keçiriləcək. NTD "Abşeron"la, "Lənkəran" isə "Gəncə" ilə üz-üzə gələcək.

İdman.biz