“Abşeron”nun baş məşqçisi: “Görünür, onlarda da belə hallar qaçılmazdır”

Xəbərlər
19 Oktyabr 2024 15:27
178
“Abşeron”nun baş məşqçisi: “Görünür, onlarda da belə hallar qaçılmazdır”

“Oyuna çox pis başladıq. Nə danışmışdıqsa tam əksi oldu. Bəlkə ilk matç olduği üçün belə alındı”.

İdman.biz xəbər verir ki, bunu “Abşeron”nun baş məşqçisi Erhan Töker deyib.

Türkiyəli mütəxəssis NTD-ni 75:69 hesabı ilə məğlub etdikləri oyunu şərh edib. O bildirib ki, komandada tələskənlik və həyəcan var idi: "Əslində oyunçuların çoxu təcrübəli sayılır. Görünür onlarda da belə hallar qaçılmazdır. Texniki tərəfdən yanaşsaq, yaxşı müdafiə oluna bilmədilər. Rəqib isə əksinə, daha yaxşı idi. Yaxşı müdafiə olunub, rahat xallar qazandılar. Biz isə sonradan oyunu bərabərləşdirməyə çalışdıq. Bunu bacardıq və oyunu nəzarətə götürdük. Hər şey bizim lehimizə çevrildi. Matçın son hissəsini də yaxşı oynayıb qazandıq”.

Mütəxəssis gənc oyunçu İsmayıl Abdullayevin yüksək liqada debüt oyunu haqqında da danışıb: “İsmayıl, çox yaxşı oynadı. Ona çox şans veririk. O, şans verib əsas heyət oyunçusuna çevirmək istədiyimiz oyunçulardandı. Hücum potensialı yaxşıdır. Atışı, ötürmələri və s. faktorlarda yaxşıdır. Lakin müdafiədə axsayırdı, lakin bu matçda müdafiədə də yaxşı oynadı. Bundan da yaxşı çıxış edə bilər, amma ümumi olaraq bu matçda ondan razı qaldım”.

Qeyd edək ki, “Abşeron” II turda “Sərhədçi”nin qonağı olacaq.

İdman.biz