“Abşeron”nun debütantı: “Onlar ötürmə verməkdə bir qədər xəsisdirlər”

Xəbərlər
19 Oktyabr 2024 17:00
192
“Abşeron”nun debütantı: “Onlar ötürmə verməkdə bir qədər xəsisdirlər”

“İlk yarı bizim üçün çox yaxşı keçmədi. Amma böyük fasilədə danışdıq, özümüzü toparladıq və motivasiya ilə parketə qayıtdıq. Bundan sonra özgüvənlə və daha yaxşı oynamağa başladıq. Komanda oyunumuz alındı”.

İdman.biz xəbər verir ki, bunu "Abşeron"un gənc oyunçusu İsmayıl Abdullayev deyib.

Abdullayev NTD-ni 75:69 hesabı ilə məğlub etdikləri oyunda debüt edib. Abdullayev debütünü dəyərləndirib: “Düzdür, ötən mövsüm son oyunda da 4-5 dəqiqə şans almışdım. Amma ilk dəfə idi legionerlərlə bir komandada bu qədər oynadım. Bir o qədər də çətin olmadı. Düzdür, onlar ötürmə verməkdə bir qədər xəsisdirlər, amma boş mövqedə görəndə ötürmə edirdilər və mən də dəyərləndirməyə çalışırdım. Əslində hesab xala-xal prinsipi ilə gedirdi deyə özləri oynamağa üstünlük verirdi. Məsuliyyəti öz üzərlərinə götürürdülər. Amma yenə deyirəm, özümü oyunda onlarla bir yerdə rahat hiss edirdim. Ötürmə aldım, dəyərləndirdim və 8 xal da topladım”.

Qeyd edək ki, “Abşeron” II turda “Sərhədçi”nin qonağı olacaq.

İdman.biz

Məqalədə: