Halil Atlı: "Çempionata qələbə ilə başlamaq çox önəmli idi"

Xəbərlər
19 Oktyabr 2024 17:44
173
Halil Atlı: "Çempionata qələbə ilə başlamaq çox önəmli idi"

"Çempionata qələbə ilə başlamaq çox önəmli idi”.

İdman.biz xəbər verir ki, bunu “Gəncə” basketbol klubunun baş məşqçisi Halil Atlı deyib.

O, çempionatın ilk turunda səfərdə "Lənkəran" üzərində qələbə qazanmaları barədə danışıb.

Türkiyəli mütəxəssis vurğulayıb ki, xüsusən də buna səfərdə nail olmaq bizi sevindirir: “Mövsüm öncəsi yoxlama oyunlarında çatışmazlıqları görmüşdük. Zəif cəhətləri düzəldərək "Lənkəran" ilə oyuna hazırlaşmışdıq. Oyunçulara sərgilədikləri mübarizəyə görə təbriklərimi çatdırıram. Köməkçilərimə də təşəkkür edirəm. Səhvlərsiz çıxış etdik. Əsas oyunçularımızdan Cəbrayıl Əkbərov zədəlidir. O, bizim üçün önəmli oyunçudur. Oyundan-oyuna, gündən-günə daha da inkişaf edəcəyik".

İdman.biz